Bu yollarda rənglənmə işləri aparılır DİQQƏT!

Bu yollarda rənglənmə işləri aparılır DİQQƏT!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən SİA-ya məlumat verilib.

Məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bildirilir ki, anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyədək olan hissəsində də aparılacaq.

Burada rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə