Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün açıq qapı günləri elan edib. SİA-nın verdiyi məlumata görə, açıq qapı günləri Azərbaycan İlahiyyat İnstitutunun önəmi və hədəfləri haqqında abituriyent və valideynləri məlumatlandırmaq, İnstitutda təhsilin üstünlükləri, tədrisin təşkili, tələbələrə təklif olunan beynəlxalq təcrübə, tələbə mübadilə proqramları, eləcə də İnstitutun islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə gələcək məzunlarının iş imkanları haqqında ətraflı məlumat vermək məqsədi ilə təşkil olunub.
Açıq qapı günlərində İnstitutun rəhbər və müəllim kollektivi ilə tanışlıq, İnstitutun gələcək fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verən broşuraların paylanılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB