Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbul iyul ayının 12-də, saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Tovuz rayonunda keçiriləcək qəbulda Tovuz, Şəmkir, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul iyul ayının 12-də, saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət etmələri (əlaqə tel: +99451 566 41 73) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon Təhsil şöbələrində 6 –11 iyul 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB