Cəbhənin ön xəttində yeni inşa edilmiş infrastrukturun açılışı olub

Cəbhənin ön xəttində yeni inşa edilmiş infrastrukturun açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər. SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə