Muxtar Babayev finlandiyalı nazirlə görüşüb

Muxtar Babayev finlandiyalı nazirlə görüşüb

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə