ETSN-dən meşə yanğını ilə bağlı MƏLUMAT

ETSN-dən meşə yanğını ilə bağlı MƏLUMAT

İyulun 05-də gecə saat 03 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.

ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısıalınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə