İlham Əliyev: "Strateji obyektlərdə generatorlar quraşdırılmalıdır"
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil". SİA-nın verdiyi məlumata görə, bunu ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb: "Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB