"Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub"

"Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub"

"Baş vermiş qəza çox ciddi araşdırılmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub: "Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır.
Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu".

Bütün xəbərlər Facebook səhifəmizdə