Prezident: "Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil"

Prezident: "Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil"

İlham Əliyev: "Ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir"

"Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır". SİA-nın verdiyi məlumata görə, bunu ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu: "Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə