İlham Əliyev: "Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər"

İlham Əliyev: "Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər"

"Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər". SİA-nın verdiyi məlumata görə, bunu ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, onların çox uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi: "Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər".

Bakı Nəqliyyat Agentliyinin dərhal operativ tədbirlər gördüyünü qeyd edən dövlət başçısı qurumun xətlərə yeni avtobuslar çıxardığını, sərnişinlərə böyük diqqət və qayğı göstərildiyini bildirib: "Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə