Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) operativ işçi qüvvəsi yaradılıb. SİA-nın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin tapşırığı ilə operativ işçi qüvvəsi Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın sıxlığının nizamlanması məqsədilə sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinə dəstək olaraq yaradılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB