Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib. Agentlikdən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Yaranmış vəziyyətlə əlaqədar sərnişinlərdən xahiş olunur ki, avtobus gözləyərkən avtobus dayanacaq məntəqələrindən yolun hərəkət hissəsinə çıxmasınlar. Bu, həm həyatınız üçün təhlükəlidir, həm də digər avtonəqliyyat vasitələri ilə yanaşı, marşrut avtobuslarının da hərəkətinə maneə yaradaraq sıxlığa səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB