Ötən gün ərzində təcili yardıma 2 133 müraciət daxil olub

Ötən gün ərzində təcili yardıma 2 133 müraciət daxil olub

Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 2 133 müraciət daxil olub: "Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyati təhlükəsi olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə