Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosunun bütün girişləri bağlanıb

Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosunun bütün girişləri bağlanıb

Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosunun bütün girişləri bağlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.

O bildirib ki, metronun stansiyalarındakı və tuneldə qalan qatarlardakı sərnişinlərin mərhələli şəkildə çıxarılmasına başlanılıb. Hazırda təxliyə işləri aparılır. Təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı da əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədilə atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə