Alüminium Kompleksi normal fəaliyyətini bərpa edib RƏSMİ

Alüminium Kompleksi normal fəaliyyətini bərpa edib RƏSMİ

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb. Bu barədə SİA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

O bildirib ki, Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir. Hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə