"Məşğulluq bazarı, xidmətləri bütün dünya ölkələri üçün aktualdır. İstənilən ölkə məşğulluq xidmətlərinin genişləndirilməsi istiqamətində iş aparır. Azərbaycanda bu istiqamətdə silsilə proqramlar icra edilir". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunda çıxış edərkən deyib.
O bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində əldə olunan nailiyyətlər bütün sahələrdə nəzərə çarpacaq qədərdir: "Son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb, yoxsulluq 5 faizə düşüb. Hansı ki, 2000-ci ilin əvvəllərində yoxsulluqla bağlı rəqəm 49 faiz idi. Bu illər ərzində 230 milyarddan çox Azərbaycan iqtisadiyyatına investisiya yatırılıb. Bu da ölkəmizin investisiya məkanı olaraq cəlb edən olmasının göstəricisidir. Bütün bunlar əmək bazarının genişlənməsinə, özəl sektorun inkişafına şərait yaradıb".
Nazir söyləyib ki, bu gün əmək bazarında özəl sektor mühüm yer tutur və bu genişlənməkdədir: "Müxtəlif sahələrdə məşğulluq tədbirləri davam etdirilir. Lakin məşğulluqla bağlı beynəlxlaq təcrübələri ölkəmizə gətirməliyik. Çağırışlar daim yenilənir. Bu sahədə yeni proqramlar ortaya qoymalıyıq".
S.Babayev qeyd edib ki, əmək bazarı dinamik olduğu üçün biz gənc azərbaycanlıları müxtəlif məsləhətlərimizlə ən tələbatlı peşələrə yönəltməliyik: "Azərbaycanın sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyası təmin olunmalıdır. Qarşımıza qoyulan məqsəd özünəməşğulluq proqramını ən azı 5 dəfə artırmaqdır. Azərbaycanlı ailələri bu proqrama maksimum cəlb etməliyik. Sosial müdafiəyə ehtiyacı olan şəxslərə ölkəmizdə xüsusi önəm verilir. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu cür şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində mühüm tədbirlər görülür. Qarşımızda duran məqsədlərdən biri onların müxtəlif kurslar vasitəsilə əmək bazarında aktivliyini təmin etməkdir. Əlillərin sosial inteqrasiyası əmək bazarından keçir. Biz fəaliyyətimizi tərəfdaşlarımızla birgə həyata keçirilir".
Nazir əlavə edib ki, son dövrlər qəbul olunan qanunvericilik məşğulluqla bağlı problemlərin həlli üçün vacibdir: "Məşğulluq haqqında" qəbul olunan son qanun bu siyasətin yeni şəkildə ortaya qoymağa imkan yaradacaq. İcra mexanizmiuni təkmilləşdirməklə bu sahəni daha da inkişaf etdirə bilərik. Bu sahədə görülən işlər məşğulluq xidmətlərin genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə işlər davamlı olacaq və beynəlxalq təcrübə Azərbaycana gətiriləcək. Qarşımızda böyük hədəflər durur. Prezident İlham Əliyev çıxışlarından bildirir ki, Azərbaycanda əhalinin sayı artır.Bu müsbət haldır. Amma onların məşğulluğuni təmin etmək qarşımızda duran məsələlərdəndir. Biznes iqtisadiyyat inkişaf etdikcə işçiyə ehtiyac böyüyür. Bizim təkliflərimiz çoxşaxəli, əl çatan olmalıdır ki, hər bir vətəndaş şəffaf şəkildə bu xidmətlətdən istifadə edə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB