"Yaxın saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək"

"Yaxın saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək"

Şimal və qərb bölgələrində, Bakının bir sıra ərazilərində, Sumqayıt və Abşeronda elektrik enerjisi verilişi bərpa edilib. Bu sözləri "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Hazırda respublikanın Şimal və Qərb bölgəsində, Bakının Bayıl, Şüvəlan kimi bir sıra ərazilərində, həmçinin Sumqayıt, Abşeron, Saray, Bağlar ərazilərində elektrik enerjisinin verilişi bərpa edilib. Qarşıdakı saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək", - deyə T.Mustafayev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə