Muxtar Babayev Dünya Bankının nümayəndəsi ilə əməkdaşlığa dair fikir mübadiləsi aparıb

Muxtar Babayev Dünya Bankının nümayəndəsi ilə əməkdaşlığa dair fikir mübadiləsi aparıb

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayev və Dünya Bankının meşəçilik üzrə baş mütəxəssisi Tuukka Kastren arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Dünya Bankı və ETSN arasında ətraf mühitin müxtəlif komponentləri, meşələrin inkişafı və iqlim dəyişmələri sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə