Yanğın Pirəbədil meşə sahəsinin 3 hektara yaxın ərazisini əhatə edib
İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib. Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Nazirlik vətəndaşlara yay mövsümündə odla ehtiyatlı davranmağı və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB