Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə "Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans iki gün davam edəcək. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikası baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə koordinatoru Keith Simmons, Counterpart İnternational təşkilatının vitse-prezidenti xanım Arlene Lear, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun icraçı direktoru Fərda Əsədov iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev konfransın açılışını edərək iştirakçıları və qonaqları salamlayıb. O, beynəlxalq konfransın Azərbaycanda vətəndaş cəmiyyətinin davamlı inkişafı, QHT-lərin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılmasını, eləcə də qəbul olunması gözlənilən "Bakı Bəyannaməsi"nin vacibliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azay Quliyev onu da bildirib ki, konfransda 25-dən çox xarici ölkələrin QHT nümayəndələri də iştirak edirlər. Konfransda Azərbaycan Respublikası baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da çıxış edib. Əli Həsənov bildirib ki, bu konfrans vətəndaş cəmiyyətinin inkişafına istiqamətlənən ilk konfransdır: "Fikrimcə, bu tədbir düşünüldüyündən də uğurlu alınacaq. Bir çox ölkə bu mərhələni artıq keçib. Bizsə bu yolda daha yeniyik. Azərbaycanda iştirak edən bütün QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında çox böyük rolu var". Daha sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə koordinatoru Keith Simmons çıxış edib. Qonaq da öz növbəsində hər kəsi salamladıqdan sonra konfrans haqqında tədbir iştirakçılarına məlumatlar verib. O bildirib ki, vətəndaş cəmiyyətinin rolu hər kəsin həyatında önəmli yer tutur: "ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu yönümdə Amerikanın qeyri hökumət təşkilatlarına arxalanır. Biz hər zaman başqa təşkilatlarla fikri mübadilələri aparırıq ki digər təşkilatlarda vəziyyət necədir. Fikrimcə Azərbaycanda bu yönümdə atılan addımlar öz bəhrəsini lazımı qədər verəcək". Daha sonra Counterpart İnternational təşkilatının vitse-prezidenti xanım Arlene Lear, ATƏT-in Bakı ofisinin rəhbəri cənab Ali Bilge Cankorel və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun icraçı direktoru cənab Fərda Əsədov çıxışlar ediblər.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB