Plastik qabların istifadədən sonra taleyi və bu tullantılardan nələrin istehsal olunacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında açıqlama verilib. SİA-nın verdiyi məlumata görə, ETSN-in sektor müdiri Mehman Nəbiyev bildirib ki, plastik qabların tullantılarından meyvələrin daşınması üçün taralar, gül qabları, bəzi kağızlar, yumurtanın daşınması üçün qablar, kanalizasiya boruları və s. məqsədlə istehsal olunur.
"Plastik qabların təkrar emalı dedikdə ondan qida sənayesi üçün nəzərdə tutulmayan daşıma vasitələrinin istifadə olunması nəzərdə tutulur", deyən M.Nəbiyevin sözlərinə görə, ETSN bu məqsədlə üç şirkətlə əməkdaşlığa başlayıb
Sektor müdiri bildirib ki, müraciət edən şirkətlərin sayı artır: "Gələcəkdə əməkdaşlıq edəcəyimiz şirkətlərin sayının çoxalacağını düşünürük. Çünki rayonlardan plastik qablar üçün olan konteynerlərin yerləşdirilməsi üçün yolladığımız məktublara cavablar gəlir. Yaxın günlərdə bir neçə yerdə, məsələn Mingəçevir, Daşkəsən, Masallı, Salyan rayonlarında plastik tullantıların toplanması üçün konteynerlər yerləşdiriləcək".
M.Nəbiyev qeyd edib ki, konteynerlərin yerləşdirilməsi layihəsi nazirliyin təşəbbüsüdür, amma bu işin davamını şirkətlər özü edəcək: "Bu tullantılar xammaldır, onlara ehtiyacı olan müəssisələr çoxdur. Onlar özləri həmin konteynerləri artırmağa maraqlıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB