Deputatdan Bakı-Sumqayıt yolunun təmirə dayandırılmasına ETİRAZ

Deputatdan Bakı-Sumqayıt yolunun təmirə dayandırılmasına ETİRAZ

Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub. SİA-nın xəbərinə görə, deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib: "Hazırda təmir gedən yol 4 il öncə çəkilib. Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir".

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: "Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə