Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək

Azərbaycanda sentyabrın birindən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı bir neçə dəfə dəyişdirilib. Onun sözlərinə görə, buna səbəb yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün lazımi avadanlığın olmaması idi: “Artıq bu avadanlıq Azərbaycana gətirilib və ölkənin 10 regionunda quraşdırılıb. Cari ilin sentyabır ayının 1-dən Bakıda və Gəncədə "Asan Xidmət" mərkəzləri tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq”.

Dəyiiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə