Xəzər dənizində mina aşkarlandı FOTOLAR

Xəzər dənizində mina aşkarlandı FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd sularında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infras-trukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, DSX Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.

Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilmiş, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

28 iyun tarixində dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə