“Azərkosmos” ASC-nin müsabiqəsində qalib kim olub?

“Azərkosmos” ASC-nin müsabiqəsində qalib kim olub?

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq informasiyası laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü Amin İsmayılovun layihəsi “Azərkosmos” ASC-də keçirilən “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsində qalib olub.

İnstitutdan SİA-ya bildirilib ki, alimin müsabiqəyə təqdim etdiyi “Peyk şəkillərinin istifadə etməklə torpaq deqradasiyasının öyrənilməsi və xəritələşdirilməsi (Lənkəran ovalığının ərazisinin timsalında)” layihəsi qiymətləndirmə mərhələlərini uğurla keçib.

Müsabiqə “Azersky” peyk təsvirlərinin və geo-informasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə