Türkiyədə avtomobil qəzasında həlak olan azərbaycanlıların cənazəsi Bakıya göndərilib
Həcc ziyarətindən qayıdarkən Türkiyənin Sivas şəhərində avtomobil qəzası nəticəsində həlak olan 5 nəfərin cənazəsi Bakıya göndərilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, müalicəsi başa çatmış 16 nəfər də Sivasdan Bakıya yola salınıb. Digər yaralıların müalicəsi davam edir. Hazırda yaralananlar arasında vəziyyəti ağır olan yoxdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və səfir Faiq Bağırov bu məsələlərin yüksək səviyyədə aparılması üçün yerli hakimiyyət orqanları ilə görüşlər keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB