Dəmir Yolları tıxaclarla bağlı gücləndirilmiş rejimə keçdi

Dəmir Yolları tıxaclarla bağlı gücləndirilmiş rejimə keçdi

Azərbaycan Dəmir Yolları QSC sərnişinlərə müraciət edib. QSC-dən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə