Bakı şəhərinin baş planı hazırlanacaq SƏRƏNCAM

Bakı şəhərinin baş planı hazırlanacaq SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Bakı şəhərinin baş planının hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə