Elnur Nağızadə: "Bu gün jurnalistika fakultəsinə qəbulların çoxu təsadüfidir" - MÖVQE
Bu gün Azərbaycanda Media Mərkəzində "Jurnalistika imtahanlarında qabiliyyət imtahanı olmalıdırmı?" mövzusunda debat keçirilib. SİA-nın məlumatına görə debatda Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elnur Nağızadə, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və bir sıra ekspertlər iştirak ediblər.
Debatı giriş sözləri ilə açan Rəşad Məcid qabiliyyət imtahanlarının məqbul olduğunu bildirib: "Jurnalistika sənətdir, hər sənətdə olduğu kimi, bu sənətdə də istək çox önəmlidir. Jurnalistikanin digər sənətlərdən fərqi isə bu sahədə yaradıcılığın da önəmli olmasıdır. Məhz buna görə də deyə bilərəm ki, jurnalistika fakultəsinə qəbul imtahanlarında qabiliyyət imtahani məqbuldur".
Qabiliyyət imtahanlarının peşəkar jurnalist seçmək üçün əsas başlanğıc ola biləcəyini deyən baş redaktor fakultəyə təsadüfi qəbullarin hazirda jurnalist seçimində böyük mane olduğunu vurğulayıb: "Hamimiz tərəfindən danılmaz bir həqiqətdir ki, jurnalistika fakultəsinə təsadüfi qəbulların sayı çoxdur. Məhz buna görə də, bu gün bu sahədə peşəkar jurnalist tapmaq müşkül məsələ halına gəlib. Başqa sahəni istədiyi halda, jurnalistika fakultəsinə qəbul olan tələbələr bu sahəyə həvəsləri olmadığı üçün ya bu sahədən uzaqlaşır, ya da bu sahədə çalışsalar belə heç bir uğur əldə edə bilmirlər. Bu da getdikcə Azərbaycan jurnalistikasının inkişafının qarşısını alır".
Daha sonra çıxış edən Elnur Nağızadə qabiliyyət imtahanının tətbiqinin yaxın zamanlarda qeyri-mümkün olduğunu bildirib: ’’Bəli, mən də qəbul edirəm ki, bu gün jurnalistika fakultəsinə qəbulların çoxu təsadüfidir. Bu sahədə qabiliyyət imtahanlarina ehtiyac olsa da, bunu təşkil etmək o qədər də asan deyil. Amma gələcəkdə belə bir qərarın qəbul edilməsi üçün bütün tədbirlər görülür".
Debat fakir mübadilələri əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB