Misir qəzeti Elçinin “Baş” romanından yazdı

Misir qəzeti Elçinin “Baş” romanından yazdı

Misirin məşhur “Əl-Əhram” qəzeti Xalq yazıçısı Elçinin Qahirənin “Əl-Ədəb” nəşriyyatında işıq üzü görmüş “Baş” romanı haqqında geniş məqalə dərc edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, kitabın müfəssəl təhlilini verən məqalədə Azərbaycan Tərcümə Mərkəzinin ərəb dünyası ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi digər beynəlxalq layihələr haqqında da geniş məlumat yer alıb.

1875-ci ildən nəşr olunan və hazırda milyona yaxın tirajla çıxan gündəlik “Əl-Əhram” qəzeti 20-dən çox ərəb ölkəsinə yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə