"Türk Ulduzları” Bakı səmasında nümunəvi uçuşlar edib

"Türk Ulduzları” Bakı səmasında nümunəvi uçuşlar edib
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcən bayram tədbirlərində iştirak etmək məqsədilə ölkəmizə gələn Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri bu gün paytaxtda keçirilən paradda iştirak edib. SİA-nın məlumatına görə, daha sonra "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə