Elçin Quliyev Ukrayna DSX-nin rəisi Petro Siqikalı qəbul edib

Elçin Quliyev Ukrayna DSX-nin rəisi Petro Siqikalı qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Petro Siqikalın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib. SİA-ya DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və tər güllər qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib və yüksələn xətlə inkişaf etdiyi xüsusilə vurğulanıb, gələcək inkişaf perspektivləri, habelə Azərbaycan-Ukrayna arasında beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal dövriyyəsi, SMBK, BMT, Aİ, FRONTEX, GUAM təşkilatları çərçivəsində əməkdşlığın davam etdirilməsi kimi məsələlər müzakirə edilib.

Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb, həmiçinin DSX-da həyata keçirilən islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması

istiqamətində həyata keçirilib, tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.

Ukrayna nümayədə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilib.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “AR Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Planı” imzalanıb.

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə