“Təbiətimiz-evimizdir­" adlı ekoturizmin iştirakçıları Şahdağ Milli Parkında FOTOSESSİYA

“Təbiətimiz-evimizdir­" adlı ekoturizmin iştirakçıları Şahdağ Milli Parkında FOTOSESSİYA

“Təbiətimiz-evimizdir­" adlı ekoloji turizm­in mediada təbliği layihəsi çərçivəsində mətbuat nümayəndələri Azərbaycanın 6 rayonunu əhatə edən Şahdağ Milli Parkında olublar. SİA-nın xəbərinə görə, layihənin məqsədi həm yerli vətəndaşları, həm də xari­ci turistləri Azərbaycan milli parkları ilə tanış etmək, ekoturizmə dəstək verməkdir.

Media nümayəndələri Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan Şahdağ Milli Parkının inzibati binası ilə tanış olub, parkla bağlı geniş məlumat əldə ediblər.

Bildirilib ki, Park bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək açıq olur. Parkın ərazisinə daxil olmaq üçün birgünlük icazə 2 manat təşkil edir, məktəblilər və 6 yaşına kimi olan uşaqlar üçünsə giriş pulsuzdur.

Mətbuat nümayəndələri Milli Parkın Quba bölməsi, Rustov meşəbəyliyində yerləşən Xanagah və Girdah şəlaləsində də olublar.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şirvan, Abşeron, Altıağac və Şahdağ Milli parklarına “təbiət evimizdir” devizi altında ekoturlar təşkil olunub. Ekoturlar davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə