Bəxtiyar Əliyev: “Yüksək təhsil verməyən ali təhsil müəssisələri digər ali məktəblərə birləşdiriləcəklər” - AÇIQLAMA
"Hər bir keyfiyyətli xidmətin qiyməti var, yəni keyfiyyət nə qədər yüksək olarsa, burada ödəniş də çox olmalıdır. Bu süni sürətdə yarana bilməz". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev dövlət sifarişli ixtisaslarda təhsil haqlarının artırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O əlavə edib ki, artıq ali məktəblərə seçim verilib və buna əsasən də dövlət öz resurslarını, istər hüquqi, istərsə də fiziki şəxslər ödənişlərini daha çox tələbələrin qəbul olunduğu və təhsilin keyfiyyəti yüksək olan ali məktəblərə yönəldəcək. Millət vəkilinin sözlərinə görə, yüksək təhsil verməyən ali təhsil müəssisələri bu sağlam rəqabətdən çıxa bilməyəcək və digər ali məktəblərə birləşdiriləcək.
"Bizim mentalitetdə belə bir fikir formalaşıb ki, süni surətdə təhsil haqqı artırılır. Məsələ belə deyil. Yəni, yüksək keyfiyyətli təhsili və elmi araşdırmaları təşkil etmək və onları tələbələrin təhsil aldıqları müddətdə onların təhsilinə tətbiq etmək xeyli maliyyə vəsaiti tələb edir. Necə ola bilər ki, Avropanın ali təhsil məktəblərində bir tələbənin illik təhsil xərci 25-30 min dollar civarında, bizdə isə 1000-1200 dollar civarındadır. Belə olduğu halda hansı rəqabətdən söhbət gedə bilər. Söhbət ondan gedir ki, bu gün cəmiyyətin sifariş etdiyi ixtisaslar üzrə təhsil verməliyik. Təhsil verdiyimiz şəxslər isə Avropa məkanında bir mütəxəssis kimi kimi hərəkət etmək imkanına malik olmalıdır. Bu da onun təhsildən və elmindən asılıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB