Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən SİA-ya verilən məlumata görə, bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 526 km dəmir yolu əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə