Komitə sədri Qaxda vətəndaşları qəbul edəcək

Komitə sədri Qaxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 25-də saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küçəsi 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 25-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) və Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə