Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbul iyunun 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyun ayının 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən, Oğuz rayon Təhsil şöbələrində 21 – 27 iyun 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə