Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 29-da Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş saat 09:30-da Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlaya (telefonlar: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə