Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb

Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasında "İnsan Hüquqları günü", AXC-nin yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Konfransdan öncə qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk çıxış edən Ombudsman Elmira Süleymanova qonaqları salamlayaraq konfrans haqqında fikirlərini bildirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə