Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasına rəsmi səfər edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, burada Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Səfər iyunun 23-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB