Nəsimi rayonunda Milli Qurtuluş gününə həsr edilmiş silsilə tədbirlər davam edir FOTO

15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq rayonun Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib.

Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, 15 iyun - Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas gününün bayramıdır. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliymiz yox olma təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə müstəqilliyimizi qorudu. Respublikamızda tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Mlli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün daha da artır.

Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.

G.Verdiyeva çıxışına davam edərək bildirdi ki, Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və qısa bir zamanda ölkəsini əbədi müstəqillik yoluna çıxardı.

Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuş, uşaqalar parkdakı oyun - əyləncə qurğularından istifadə edərək əylənmişlər. Tədbirdə 111 saylı tam orta məktəbin və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə