YAP Qadınlar Şurasının nümayəndələri Sosial-Xidmət İdarəsində olublar
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri 15 İyun Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən təqaüd yaşına çatmış şəxslər üçün sosial-xidmət idarəsində olub, ahıl insanlarla görüşüblər. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, bu il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə zəngindir. Belə ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 15 İyun Milli Qurtuluş Gününün 25 illiyi, 26 iyunda isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyidir.
N.Əliyeva qarşıdan müqəddəs Ramazan bayramının gəldiyini xatırladaraq qeyd edib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət vəqayğı ilə yanaşır. Bu siyasətin əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Nurlana Əliyeva qeyd edibki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də,ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. «Bizim arzumuz doğmaAzərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızınişğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. AzərbaycanPrezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir” – deyə, YAP QadınlarŞurasının sədri vurğulayıb.
Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olaninsanlarla görüşlər keçirir. N.Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyinideyib. YAP Qadınlar Şurasının sədri qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Şübhə yoxdur ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verdiyini deyən şura sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunmasıüçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirib ki, buradakı insanlarla görüşməkdən məmnunluğunu bildirib. Əlamətdar bayramlar münasibətilə onları təbrik edən Dilarə Seyidzadə əlamətdar tarixi hadisə- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı cumhuriyyətin tariximizdəki yeri və rolu ilə bağlı fikirlərini bölüşüb. “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Xalq Cümhuriyyəti XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyən Dilarə Seyidzadə dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək dəyərləndirib.
D.Seyidzadə hələ sovetlər birliyi dövründə tarix elmi üzrə dissertasiya işinin XIX əsrin sonu-XX əsrin əvvəllərində milli burjuaziya ilə bağlı olduğunu deyərək araşdırmaları dövründə o zamanlar Rusiya Dumasında fəaliyyət göstərən azərbaycanlıların fəaliyyəti ilə yaxından tanış olduğunu xatırladıb. Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının ucqarlarda, xüsusən Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi. Prezidentin köməkçisi həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də Cümhuriyyətin qurucularının siyasi fəaliyyəti, o cümlədən Dövlət Dumasında, dövri mətbuatda cəsarətli çıxışları və Azərbaycanın istiqlaliyyəti uğrunda apardıqları mübarizə haqqında ətraflı məlumat verib. O, diplomatlarımızın 1918-ci ildə həyata keçridiyi xarici siyasətindən də bəhs edib. Qeyd edib ki, Versal konfransında iştirak edən Əlimərdan Topçubaşov, Nəsib bəy Yusifbəyli, Ceyhun Hacıbəyli, Cümhuriyyətimizi beynəlxalq arenada tanıdıb. Aparılan araşdırmalar isə toplanaraq "Azərbaycan XX sərin əvvələrində: müstəqilliyə aparan yollar" kitabında öz əksini tapıb.
«Bu istiqamətdə kütləvi tədbirlərin keçirilməsi Cümhuriyyət tariximizin hər kəs tərəfindən öyrənməsinə imkan yaradır» deyən Dilarə Seyidzadə vurğulayıb ki, Cümhuriyyətin qurcularının ən böyük arzusu müstəqil Azərbaycanı görmək olub və bu gün müstəqil dövlətimiz mövcuddur: «Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra bu şərəfli işi Ulu öndər Heydər Əliyev həyata keçirib. Ümummilli lider xarici ölkələr səfər etdiyi zaman müstəqil Azərbaycanın üç rəngli bayrağına fəxrlə baxırdı.Ümummilli lider beynəlxalq tribunallardan azərbaycanlı olduğunu qürurla söyləyirdi».
Daha sonra Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrindən danışıb, Ümummilli lider Heydər Əliyevin humanist ideyalarından və dövlətinə, millətinə bağlığından bəhs edib.
Tədbirdə həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Əminə Seyidzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova çıxış edərək dövlətimizin sosial siyasətinin əhəmiyyətini və bu mənada ahıl insanlara göstərilən qayğınının önəmini qeyd ediblər.
Sosial Xidmət İdarəsinin direktoru Qətibə Əsədova isə çıxışında burada yaşayan sakinlərin dövlətin qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatıdırb.
Görüşdə çıxış edən ahıl insanlar da respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB