İyunun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
SİA-nın verdiyi məlumata görə, məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.
Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB