Siyavuş Novruzov: "Dövlət xətti ilə xaricdə oxuyan tələbələr ölkəyə qayıtmalıdırlar"
"Dövlət xətti ilə xaricdə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əməkhaqqı azdır. Bu dövlətin pulu ilə oxumusansa, ölkəyə qayıdıb borucunu qaytarmalısan, xidmət etməlisən". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar: "Onlar niyə ölkəyə qayıtmırlar? Həmin insanlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin"
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB