"Səadət" Şairlər Cəmiyyəti Daun Mərkəzində maraqlı və əyləncəli tədbir keçirib

"Səadət" Şairlər Cəmiyyəti Daun Mərkəzində maraqlı və əyləncəli tədbir keçirib

6 iyun 2018 ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) "Səadət" Şairlər Cəmiyyətin üzvləri Daun Mərkəzində daun sindromundan əziyyət çəkən uşaqlar üçün maraqlı və əyləncəli tədbir keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşün aparıcısı Şairlər Cəmiyyətinin rəhbəri Səadət Miri olub.

Daun sindromlu uşaqlarla intelektual söhbətlər aparılıb, şən oyunlar keçirilib, şeirlər söylənilib, müğənnilər tərəfindən Səadət Mirinin mahnıları ifa olunub və qonaqlar uşaqlarla birlikdə rəqs ediblər.

Daun Mərkəzinin direktoru Q.Natella xanım və müdüriyyət tərəfindən ADPU-nun "Səadət" adlı Şairlər Cəmiyyətinə təşəkkür bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə