Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
"Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Hətəmov Əhməd Süleyman oğlu
Kazımov Kazım Tahir oğlu
“Hərbi xidmətlərə görə” medalı ilə
Dadaşov İlqar Firdovsi oğlu - polkovnik
Həsənov Hüseynqulu Həsənbala oğlu - polkovnik
Mahmudov Elçin Musa oğlu – polkovnik
Qarayev Malik Fikrət oğlu – polkovnik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB