ETSN-də səfirlə görüş keçirilib

ETSN-də səfirlə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari arasında tanışlıq görüşü keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə