Bağçada uşaqlara qarşı zorakılıq törədənlərlə bağlı araşdırma aparılır RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsinin Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib. SİA-nın xəbərinə görə, komitədən verilən məlumatda bildirilir ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
"Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”, - deyə məlumatda qeyd olunur.
Məlumat üçün nəzərinizə çatdıraq ki, sosial şəbəkələrdə Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB