Tovuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Tovuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb
Gecə saatlarında Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində güclü küləyin elektrik enerjisi təchizatında yaratdığı fəsadlar "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılıb. Bu barədə SİA-ya ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Bildirilib ki, hazırda rayonun mərkəzinin, eləcə də bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə