Azərbaycanda 70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

Azərbaycanda 70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

Azərbaycanda “Kaspersky Lab”ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu barədə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.

Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.

M.Məmmədov qeyd edib ki, ümumiyyətlə, 2018-ci ildə kibertəhdidlər landşaftı ciddi dəyişməyib. Ötən il bütün dünyanı sarsıdan fırıldaqçı proqramların kütləvi hücumları hazırda azalmaq üzrədir. “Kaspersky Lab”ın proqnozlarına əsasən, 2018-ci ildə əsas məqsədi maynerlərin quraşdırılması olacaq hücumların sayı artacaq. Əgər fırıldaqçı proqramlar potensial olaraq böyük, lakin birdəfəlik gəlir əldə etməyə imkan yaradırsa, maynerlər daha kiçikhəcmli, lakin davamlı gəlirlərlə təmin edir və bu da cinayətkarlar üçün cəlbedici ola bilər. Çox güman ki, korporativ istifadəçilər fırıldaqçı proqramların hücumlarını müəyyən edə biləcəklər. Təəssüf ki, 2017-ci il təhlükəsizlik üzrə ekspertlərə və kibercinayətkarlara aydın olaraq texnoloji və korporativ şəbəkələr bu cür hücumlara həssas ola biləcəyini nümayiş etdirdi, onlardan gələn zərər isə yüz minlərlə dollar həcmində dəyərləndirilir. Bundan başqa, hədələyici proqramlar məqsədli hücumlar üçün himayəedici rolu oynaya bilər.

M.Məmmədov bildirib: ""Kaspersky Lab" texnologiyalarının köməyi ilə sözügedən geniş yayılmış təhlükəyə qarşı çoxdərəcəli müdafiə təmin olunur. Biz kriptohədələyicilərdən qorunmaq üçün pulsuz alət təklif edirik ki, bu aləti artıq quraşdırılmış qoruyucu həlldən asılı olmayaraq istənilən şəxs yükləyib, istifadə edə bilər. Şirkətin məhsulları daha bir qorunma səviyyəsini daxil edir – faylların şifrlənməsi və monitora çıxışın bloklanması kimi zərərli dəyişiklikləri blok etməyi bacaran "Fəallığının monitorinqi" modulu. “Kaspersky Lab” əvvəldən kriptohədələyicilər ilə bağlı vəziyyəti izləyirdi və sahədə bu təhlükə haqqında məlumatlandırılma səviyyəsini artırmaq məqsədilə onlar haqqında daim yenilənən məlumatlı bölüşməyə başlayan ilk şirkətlərdən biri idi".

Bütün xəbərlər Facebook səhifəmizdə